Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Sankt-Peterburq metrosundakı bombalı hücumun planlayıcılarından olduğu bildirilən Orta Asiya əsilli bir nəfərin həbs olunduğunu açıqlayıb.
Açıqlamada hücumla bağlı aparılan istintaq çərçivəsində 27 yaşlı Abror Azimovun Moskva yaxınlarında tutulduğu bildirilib. Xəbərdə Azimovun partlamanın planlaşdırıcıları arasında iştirak etdiyi və canlı bombanı hücuma hazırladığı bildirilərək, onun ifadə üçün prokurorluğa sövq edildiyi deyilir.
Xəbər verildiyi kimi, 3 apreldə Sankt- Petersburg metrosunda törədilən terror zamanı 15 adam həyatını itirmiş, 40-dan çox adam yaralanmışdı. Rusiya İstintaq Komitəsi bombalı hücumu təşkil edən şəxsin 22 yaşlı Akbarcan Celilov olduğunu açıqlamışdı.
azadliq.info