Bir səfirliyin hesabat sənədləri əsasında qısa qeydlər
Azərbaycan Saatının son proqramlarından birində Latviya səfirliyində baş vermiş bir məsələ ilə bağlı qısa xəbər getdi. Bu, Azərbaycanın Riqadakı səfirliyinin hesabat dəftərləri idi. Hesabat, əlbəttə, Xarici İşlər Nazirliyinə verilmişdi. Xarici İşlər Nazirliyindəki mənbə isə bu paketə daxil olan bəzi sənədlərin surətini Azərbaycan Saatına təqdim edib. Onlardan bir hissəsini saytımızın oxucularına təqdim edirik. Bəri başdan xəbərdarlıq edirik ki, indiki səfirin, konkret olaraq bu məsələlər barədə o qədər də narahat olmasına gərək yoxdur, çünki söhbət onun sələfindən gedir. Sələflər öz yerində, amma axı Xarici İşlər Nazirliyi də öz yerindədir. Bu hesabatla bağlı hansısa tədbirin görüldüyü isə bəlli deyil.
Bizə daxil olan sənədlərdən görünür ki, Riqadakı Azərbaycan səfirliyinin binasının alınmasına 2 milyon avrodan artıq vəsait xərclənib. Bu ən azı 2 qat şişirdilmiş məbləğdir. Ən azı 2 dəfə!
Sizə təqdim etdiyimiz cədvəllərdə görünən sıralama üzrə alınan predmetlərin isə heç birinə ilişməyə dəyməz. 2 milyon yevro verib inzibati bina alırlarsa, deməli onun içini də doldurmaq lazımdır. Mətbəxdən tutmuş, iclas salonuna qədər… Üstəlik, səfirin şəxsi ehtiyaclarına və şəxsi zövqünə qədər hər şey alınmalıdır. Həmin zaman Azərbaycanın Latviyadakı səfirti Elman Zeynalov idi. İndi bir başqasıdır. İndiki səfir Cavanşir Axundov adlı diplomatdır. Onun indiki fəaliyyəti ilə bağlı, qəribə sosial çevrəsi ilə bağlı bizdə yalnız ehtimallar var , dəqiqləşdirilməsinə ehtiyac olan bilgilər var, amma onun sələfi Elman Zeynalovun haqqında möhürlü- ştamplı sənədlər də var. Ötən ilin lap əvvəllərində həmin cənab səfir başqa bir sürpriz xəbərlə gündəmə düşmüşdü. Onun həyat yoldaşı Riqada sürücülük vəsiqəsi üçün rüşvət verməkdə günahlandırılmışdı və işləri dolaşığa düşmüşdü. O söhbətdən sonra onu Riqa səfirlyindən geri çəkdilər və ola bilər ki, indi də hansısa diplomatik görəvdədir.
Bu cədvəllərlə tanış olun…
Burada səfirin və səfirliyin bütün məişət ehtiyaclarının nəzərə alındığı sıradan bir bazarlıq edilib. Amma ən təəccüblüsü odur ki, səfir üçün tapançanın da alınması səfirin ehtiyacları sırasına daxil edilib. Bütün səfirlərin silahla təchiz edilməsi normal haldırsa, bunu hansısa dövlət orqanı təmin etməli deyilmi ? Elə-belə, lap fövqəladə səlahiyyətli səfir olsa belə, demək olmaz ki, al bu pulu, get özünə bir dənə yaxşı tapança al. (Sizə təqdim edilən siyahılarda 98-ci yerdə). Çox qəribə dövlət yanaşması var bizim Xarici İşlər Nazirliyinin…
Yəqin ki, bu söhbətə bir aydınlıq gətirən olacaq. Çünki, zatən hər şey aydındır. Səfir Elman Zeynalov Riqadakı diplomatiya tariximizin material baxımdan ən məhsuldar dövrünə düşüb, amma bu barədə də hesabatlarını yollayıb. (Bizdə səfirliyin maliyyə hesabatları da var, amma bunlar o qədər də maraqlı sənədlər deyil).
Ortada yalnız 3 məsələ açıq qalıb. Birinci məsələ budur ki, daha əvvəllər Bolqarıstanda səfir olan Elman Zeynalov Bolqarıstan praktikasını Latviyada tətbiq etmək istəyib və buna görə onu oradan işdən götürüblər. İknci məsələ budur ki, səfir Elman Zeynalovun Riqada satın aldığə tapança indi üstündədir, yoxsa, nazir Məmmədyarova təhvil verərərk başqa yerə gedib ?
Üçüncü açıq məsələ budur ki, səfir Elman Zeynalov sıx münasibət saxladığı, işlər çevirdiyi milli kriminaliteti Latviyadakı yeni səfirə təhvil verib, yoxsa Avropadakı bütün səfirlərimizə bu praktikanı yazılı və təfsilatlı şəkildə təqdim edb? Bu barədə ayrıca danışmaq lazım gələcək yəqin ki…
azadliq info