Ötən il Amerikanın taksi xidməti ilə məşğul olan “Uber” şirkətinin xalis gəliri 6,5 milyard dollar təşkil edib.
Bu barədə şirkətə istinadən “Bloomberg” məlumat yayıb.
Şirkətin il ərzində təshih edilmiş xalis ziyanı isə 2,8 mlrd. dollar olub.
Şirkət 69 mlrd. dollar dəyərində qiymətləndirilir və hazırda dünyanın 75 ölkəsində fəaliyyət göstərir.