ABŞ Hava Qüvvələri bu həftə bir neçə F-35A döyüş təyyarəsini Avropaya göndərəcəyini açıqlayıb. Təyyarələrin “bir neçə həftə ərzində digər ABŞ və NATO hərbi hava qüvvələri ilə təlim keçəcəyi” bildirilib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) açıqlamasında təyyarələrin Avropaya göndərilməsinin F-35A-nin “əməliyyat qabiliyyətinin göstərilməsini təmin edəcəyi” ifadə edilir.
Pentaqon Rusiya tərəfdən olan təhdidlərə qarşı keçən il başladılan “Avropa Zəmanət Təşəbbüsü” çərçivəsində taktiki təlim məqsədli beşinci nəsil F-35 döyüş təyyarələrini hərəkətə gətirdiyini bildirib.
Açıqlamada F-35-lərin, həm ABŞ, həm də NATO üzvü ölkələrin təyyarələri ilə inteqrasiya və ortaq əməliyyat məsələsində təlim və manevrlər edəcəyi vurğulanır:
“Məsələ təlim fəaliyyəti ilə bağlıdır. Məqsəd F-35 proqramının təbii irəliləyişi nöqtəsində hava güclərinə beşinci nəsil qırıcı təyyarənin əməliyyat qabiliyyətlərini göstərməkdir. Eyni zamanda, bu təlim 2020-ci ilin başlarından etibarən F-35 təyyarəsi almağı planlaşdıran Avropaya F-35A təyyarələri üçün lazımi hazırlıq məsələsində yardımçı olacaq.”
Türkiyənin də aralarında olduğu 9 ölkənin ortaq konsorsiumu tərəfindən istehsal edilən F-35 döyüş təyyarələrinin 2018-ci ilə qədər əlaqədar dövlətlərə təslim edilməsi gözlənilir.
azadliq.info