Kanadanın Xarici İşlər naziri Kristi Frilənd Suriyada Əsəd rejiminə qarşı tətbiq olunan sanksiyalar çərçivəsində 27 yüksək səviyyəli vəzifəlinin mal varlıqlarının dondurulmasına və bu şəxslərə ticarət qadağası həyata keçirilməsinə dair qərar verildiyini açıqlayıb.
Frilənd yazılı açıqlamasında Suriya xalqını dəstəkləmək və ölkədəki vətəndaş müharibəsini sona çatdırmaq üçün beynəlxalq cəmiyyətlə əməkdaşlıq etdiklərini bildirib. O daha əvvəl Əsəd rejimindən 190 adamı əhatə edən sanksiya siyahısına 27 adamın daha əlavə olunduğunu deyib:
“Bu şəxslər Əsəd rejiminin ən yüksək səviyyəli şəxsləridir. Sanksiya siyahısına daxil edilmələri qısa müddət əvvəlki kimyəvi hücumla öz xalqına qarşı misilsiz şiddət tətbiq edən Əsəd rejiminə qarşı beynəlxalq basqının bir parçasıdır.”
Frilənd Kanadanın Suriya xalqını dəstəkləməyə davam edəcəklərini də vurğulayıb: “Kanada bu günə qədər bölgədə humanitar yardım, təhlükəsizlik, sabitlik və inkişaf səylərinə 1,6 milyard dollarlıq söz verib, 40 mindən çox suriyalıya qucaq açıb.
Bu gün mühüm səlahiyyətlilərə qarşı yeni sanksiyalar günahsız insanlara qarşı şiddəti dayandırmaq üçün Əsəd rejiminə təzyiq səylərimizi bir parçasıdır. Suriyadakı müharibəni sona çatdırmaq üçün müttəfiqlərimizlə işə davam edirik. ”
azadliq.info