Türkiyəyə xarici sərmayələrin həcmi 2 dəfə azalıb.
Məlumatda qeyd edilir ki, 2016-ci ildə xarici investisiyaların həcmi 6.8 milyard dollar təşkil edib. Halbuki, 2015-ci ildə bu rəqəm 12.07 milyard dollar olub.
Azərbaycan Türkiyəyə sərmayə qoyanlar arasında 12-ci yerdə qərarlaşıb. 2016-ci ildə bizim ölkədən Türkiyəyə 652 milyon dollarlıq yatırım edilib. Ondan əvvəlki illə müqayisədə azərbaycanlı iş adamlarının qoyduqları sərmayələrin həcmi 22.2 faiz azalıb.
2010-2016-cı illər ərzində Azərbaycandan Türkiyəyə edilən investisiyalar 5 milyard dollar civarında olub.
Qonşu ölkənin iqtisadiyyatına ən çox yatırım edən şirkətlər Hollandıyadır. Son 6 ildə bu ölkənin sərmayəsi 22.08 milyard dollar təşkil edib. (gununsesi.info)