Bakıda 43 yaşlı kişi dostu tərəfindən döyülüb.
“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunda, daş karxanası adlanan ərazidə baş verib.
Belə ki, Ələkbərov Elnur Elxan oğlu ilə dostu arasında mübahisə yaranıb. Buna səbəb E.Ələkbərovun dostunun söyüş söyməsi olub. Mübahisə davaya çevrilib və nəticədə E. Ələkbərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.