Ölkə başçısı İlham Əliyev Yasamal rayonunda yerləşən Hacı Cavad məscidinin söküntüsünü dayandırmaq və yaranmış vəziyyəti araşdırmaq üçün komissiya yaratmaq barədə tapşırıq verib. AZƏRTAC-ın xəbərinə görə, bunu prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: «Dövlət başçısı inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib».