Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
İkinci oyun günündə daha 3 qarşılaşma keçirilib.
Günün ilk matçı Dortmundda oynanılıb. “Borussiya” – “Monako” görüşü dünən keçirilməli olsa da, meydan sahiblərini oyuna aparan avtobusun yaxınlığında baş vermiş 3 partlayış səbəbindən görüş təxirə salınmışdı. Bugünkü matçda “Monako” 3:2 hesabı ilə qalib gəlib.
Əsas diqqətlər Münhenə yönəlmişdi. “Bavariya” öz meydanında “Real”ı qəbul edib.
Madriddə keçiriləcək matda isə “Atletiko” “Lester”lə münasibətlərinə aydınlıq gətirib.
“Bavariya” (Almaniya) – “Real” (Madrid, İspaniya) – 1:2
Qol: Arturo Vidal, 25 (1:0), Ronaldo, 47 (1:1), 77 (1:2)
Qırmızı vərəqə: Xavi Martinez, 61 (“Bavariya”)
Reallaşdırılmayan penalti: Arturo Vidal, 45+1 (“Bavariya”)
22:45. “Atletiko” (Madrid, İspaniya) – “Lester” (İngiltərə) – 1:0
Qol: Qrizmann, 28-pen.
20:45. “Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa) – 2:3
Qol:Mbappe, 19 (0:1), Bender, 35-avtoqol (0:2), Dembele, 57 (1:2), Mbappe, 79 (1:3), Kaqava, 84 (2:3)