Rusiya və Türkiyə rəsmiləri əkinçilik məhsullarının ixracında yaşanan çətinliyi həll etmək üçün önümüzdəki həftə görüşəcək. Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci görüşün yerinin və zamanının dəqiq ” müəyyənləşmədiyini deyib. İki ölkə arasında gözlənən müzakirəni “pomidor görüşməsi” adlandıran “Hurriyət” qəzetinə görə, Zeybekci təxminən 750 milyon dollarlıq yaş tərəvəz və meyvə ixracatının 450-500 milyon dollarlıq hissəsinə qadağanın davam etdiyini deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiyaya getdikləri zaman Türkiyədəki ixracatçıların onlara sıx təzyiq göstərdiyini deyən Zeybekci: “İxracatçıların mənə söylədikləri budur: Biz Rusiyaya mal sata bilmirik, siz necə olur, Rusiyaya bizim satdığımızın üç qatı idxal icazəsi verirsiniz, biz almayacağıq, qardaşım. Daxildə İcazə sənədlərinə Rusiyanı yazmanızı istəmirik. Başqa ölkələrdən alacağıq məhsulları. Mən də xəbərdarlığı onlara çatdırdım” deyib. Zeybekci Rusiyadan idxal edilən 1,8 milyard dollarlıq əkinçilik məhsulu idxalatının bir anda çox aşağı hala gələ biləcəyini, 1,5 milyard dollarlıq qisminin itiriləcəyini söyləyib.
Nazir növbəti həftə gözlənən görüşdə bu problemlərin həllində irəliləyişə nail olunacağına böyük ümid bəslədiyini bildirib.
azadliq.info