Çin 2018-ci ilədək Antarktidanın antarktik buz lövhəsində aerodrom tikintisinə başlayacaq.
Bunu Çin Xalq Respublikasının Dövlət Okeanologiya İdarəsi yanında Qütb Araşdırmaları İnstitutunun direktor müavini Sun Bo bildirib.
“Aerodrom əvvəlcə yalnız uçuş-eniş zolağından ibarət olacaq, ona görə tikinti asan olacaq — bizə bircə seçilmiş ərazisini düzləmək və onu həmin vəziyyətdə saxlamaq lazım gələcək”, – deyə Sun Bo “China Daily” qəzetinə söyləyib.
Onun sözlərinə görə, aerodrom Çinin “Çjunşan” arktik stansiyası yaxınlığında olacaq.
Report