Suriyada silahlıların hücumu nəticəsində Rusiyanın iki hərbçisi öldürülüb, biri isə ağır yaralanıb.
Məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
İnformasiyaya əsasən, Rusiya hərbçiləri minaatanlardan atəşə tutulublar.
Nazirlikdən bildirilib ki, ölən və yaralanan hərbçilər Suriyada təlimatçı kimi fəaliyyət göstərirmişlər.