Türkiyənin Malatya bölgəsində keçirilən əməliyyat nəticəsində keçmiş iki general Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək həbs olunub.
TRT xəbər verir ki, həbs edilənlərdən biri keçmiş ordu qərargah rəisi general-mayor Avni Angun, o biri isə ordu qərargah rəisinin 2-ci müavini briqada generalı Ersin Yıldırımdır.
2016-cı il iyulun 15-də dövlət çevirilişinə cəhddə şübhəli bilinən keçmiş ordu generalı Adem Huduti ilə birlikdə 26 şübhəlinin məhkəməsi davam edir.