İsveçin paytaxtı Stokholmda terror aktı törətməkdə şübhəli bilinən ikinci şəxs saxlanılıb.
Bu barədə şənbə günü RİA “Novosti” məlumat yayıb.
Cümə günü naməlum şəxsin yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Faktla bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb.