Bu gün Ağdaban soyqırımının ildönümüdür.Soyqırımın baş verməsindən 25 il ötür.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.