“Məhkəmə onun dediklərini yalan hesab edib”
Keçmiş baş prokuror Əli Ömərovun “Azadlıq” qəzetinə verdiyi son müsabihəsində səsləndirdiyi fikirlər başqa sabiq baş prokuror Ixtiyar Şirinovun etirazı ilə qarşılanıb. Belə ki, Əli Ömərov Əbülfəz Elçibəyin həbsinə sanksiyanı Ixtiyar Şirinovun öz əlilə yazdığını deyib. Öz növbəsində I.Şirinov “Azadlıq”a müraciət edərək haqqında deyilənlərə cavab verib.
Sabiq baş prokuror Əli Ömərovun bir il əvvəl də bu tip fikirlər səsləndirdiyini və buna görə məhkəmə yoluyla cərimələndiyini xatırlatdı: “Qəzetinizin 23 iyun tarixli sayında Əli Ömərovun müsabihəsi gedib. Orda deyir ki, Ixtiyar Şirin düz danışmır, o, Əbülfəz Elçibəyin həbsinə sanksiyanı öz xətti ilə yazıb. Sadəcə olaraq xatırlatmaq istəyirəm ki, eyni fikri Əli Ömərov ötən il ”Yeni Müsavat” qəzetində bildirmişdi. Mən onu məhkəməyə verdim. Məhkəmə dediklərinin hamısını yalan hesab etdi və onu cərimələdi”.
I.Şirinov Nəsimi Rayon Məhkəməsinin Əli Ömərovla bağlı 5 iyun 2012-ci il tarixli qətnaməsinin olduğunu da qeyd etdi.
Fizzə