Stoklholm terrorunda ölənlərin sayı 5-ə yüksəlib.
Hadisədən dərhal sonra paytaxtdakı bütün dövlət müəssisələrinin, həmçinin metro və qatarların fəaliyyəti dayandırılıb.
CNN-nin məlumatına görə, İsveç parlamentinin binası polis tərəfindən sıx nəzarətə götürülüb.
***
Artıq Stokholm polisi yük maşınının sürüсüsünü saxlayıb.
İsveçin baş naziri Stefan Leven bildirib ki, hazırda malik olduqları məlumatlar hadisənin terakt olduğuna işarə verir.
Təhlükəsizlik məqsədilə Stokholmda metropolitenin fəaliyyəti müvəqqəti dayandırılıb.
***
Hadisə paytaxtın Drottninqqatan küçəsində baş verib.
Bu, ticarət mərkəzlərinin, kafelərin, geyim və suvenir mağazalarının sıx olduğu küçədir.
Polisin məlumatına görə, yük maşını yüksək sürətlə ətrafda gəzən insanların üzərinə gedib və mağazalardan birinin vitrininə dəyərək dayanıb.
Hazırda insanlar hadisə yerindən təxliyyə olunur.
***
İsveçin paytaxtı Stokholmda terakt olub.
Terrorçular bu dəfə də eyni üsuldan istifadə edərək içərisində partlayıcı qurğu olan yük maşınını insanların üzərinə sürüblər.
“Reuters” agentliyi 3 nəfərin öldüyü, xeyli sayda yaralının olduğu barədə məlumat yayıb.
Şahidlər hadisə yerində yüzlərlə insanın təşviş içində qaçdığını bildirirlər.
Gültəkin