Suriya tərəfi ABŞ-ın raket zərbələri nəticəsində hansı itkilər verdiyini açıqlayıb.
Rusiya mediasının Homsdakı mənbələrə istinadən yaydığı məlumata görə, hərbi bazaya zərbələr zamanı 10 suriyalı hərbçi ölüb.
Bundan başqa, bazanın yaxınlığındakı evlərdə yaşayan 4 uşaq da həyatını itirib.
Xatırladaq ki, Suriya rejiminə aid hərbi hava limanına 59 ədəd “Tomahawk” raketi atılıb. Hava limanının Aralıq dənizindəki ABŞ-a aid döyüş gəmilərindən vurulduğu bildirilir.
Gültəkin