Bakının Binəqədi rayonunda 18 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib.
Biləcəri qəsəbəsi 10-cu mədən ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tək yaşayan 1999-cu il təvəllüdlü N.Səbinə sirkə turşusu içərək intihara cəhd edib.
Zərərçəkmiş ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
İntihara cəhdin səbəbləri araşdırılır.