Bakıda yanğın hadisəsi qeydə alınıb. FHN-nin verdiyi xəbərə görə, yanğın Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2000 m² olan anbarda baş verib. Nəticədə anbarın içərisində tikinti materialları və taxta qapılar 20 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.