Rusiya prezidenti Vladimir Putin İsrail baş naziri Binyamin Netanyahu ilə telefon söhbətində Suriyada kimyəvi silahdan istifadə olunmasına da toxunub.
Kremlin görüşlə bağlı yaydığı məlumata görə, Putin obyektiv və əhatəli araşdırma aparmadan bu cür ittihamların səsləndirilməsini yolverilməz adlandırıb.
“Kimə ünvanlanmasından asılı olmayaraq beynəlxalq səviyyədə təhqiqat aparmadan əsassız ittihamlarla çıxış etmək olmaz”, deyə Rusiya prezidenti növbəti dəfə Əsəd rejiminin müdafiəsinə qalxıb.
Gültəkin