ABŞ-ın Xarici işlər naziri Rex Tillerson Ankaraya edəcəyi bugünkü səfərində prezident Rəcəb Tayyib Ərdoğan və bəzi nazirlərlə görüşəcək.
Tillersonın Xarici işlər naziri Mevlud Çavuşoğlu ilə keçirəcəyi görüşdən sonra iki nazirin mətbuat açıqlaması verməsi gözlənilir.
Səfərin əsas gündəmi Suriya və İraqda İŞID-a qarşı həyata keçirilən əməliyyatlar olacaq. Ziyarət ilə əlaqədar açıqlama verən ABŞ səlahiyyətliləri Ərdoğan və nazirlərin ABŞ-da yaşayan Fəthullah Gülənin qaytarılması məsələsini də gündəmə gətirəcəklərinin gözləndiyini söyləyib.
Danışıqların əsas mövzusu ABŞ liderliyindəki Rakka əməliyyatı, tərk edilmiş bölgələrin normallaşdırılması və qaçqınların evlərinə geri dönməsini təmin etmək olacaq. ABŞ ilə Türkiyə arasında Suriyadakı YPG gücləri mövzusundakı fikir ayrılıqlarının da gündəmə gəlməsi gözlənilir.
ABŞ Rakka əməliyyatında Suriya Demokratik Gücləri içində ərəb döyüşçülərlə bərabər kürd güclərinin olmasını da müdafiə edir.
azadliq.info