Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun imzaları ekspertizaya göndərilib. Bu haqda martın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistin işinə baxan hakimlər qərar çıxarıb. Qərar F.Fərəməzoğlunun vəkili Elçin Sadıqovun vəsatəti əsasında verilib.
F.Fərəməzoğlu üzərindən ona verildiyi iddia olunan 3 min manatın tapılmasına dair protokoldakı (əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi və maddi sübutların götürülməsi protokolu) imzaların ona məxsus olmadığını deyir. Bildirir ki, onun adından başqaları imzalayıb. Ekspertiza da həmin imzaların ona məxsus olub-olmadığını müəyyənləşdirmək məqsədilə təyin edilib.
Məhkəmə prosesi ekspertizanın nəticəsi bəlli olana qədər təxirə salınıb.
Xatırladaq ki, F.Fərəməzoğlu hazırda həbsdədir.
***
Martın 28-də jam.az saytının baş redaktoru Fikrət Fəraməzoğlunun məhkəməsi üzrə növbəti iclas keçirilib. Prosesdə vəkil Elmin Sadıqov 3 vəsatətlə çıxış edib.
Vəkil bir neçə sayt rəhbərinin adını çəkərək, onların məhkəmədə əlavə şahid kimi dindirilməsini istəyib. İkinci vəsatət F,Fərəməzoğluna nəxsus 051 755 42 68 nömrəli telefonun 1 yanvar – 1 iyul 2016 ci il tarixləri üzrə lokalizasiyasının Azercell-dən istənilməsinə dair olub. Üçüncü vəsatətlə vəkil F.Fəraməzoğlunun imza nümunələrinin ekspertizaya göndərilməsini istəyib.
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.
Proses martın 29-da davam edəcək.