İran prezidenti Həsən Ruhani Moskvaya rəsmi səfərə yola düşüb. Bu səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutub. İran prezidentinin Rusiya paytaxtına rəsmi səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə təxminən 10-a yaxın sənədin imzalanması planlaşdırılır. Yaxın 3 ildə İran və Rusiya iki ölkə arasında ticarət dövriyyəsini 10 milyard dollara qədər artırmaq niyyətindədir.
Politoloq Hikmət Hacızadə söyləyir ki, Moskva ilə Tehran çoxdandır antiqərb koalisiyası yaradıb. Politoloq Rusiyanın bu addımını iki ölkə arasında əməkdaşlığın davamı hesab edir:
“Rusiya onlara silah satır. Bu səfər də antiqərb koalisiyasının möhkəmləndirilməsinə hesablanıb. Həmin koalisiyaya Rusiya, Ermənistan, İran və Suriya daxildir. Rəsmi Moskva İranla hərbi sahədən başqa, həmçinin, iqtisadi sahədə də əməkdaşlığı genişləndirməyi, möhkəmləndirməyi düşünür”.
Nigar