Gürcüstan Xarici İşlər Nazirliyinə Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı plan təqdim edilib. Plana altı maddə daxildir.
Sənəd Aİ ilə assosiativ saziş çərçivəsində institusional və qanunvericilik islahatlarının uğurla həyata keçirilməsini; Avropa İttifaqının ixtisaslaşdırılmış orqanları ilə maksimum inteqrasiyanı; Gürcüstanın Aİ proqramlarında iştirakının səmərəliliyinin artırılmasını; Avropa İttifaqının qurumları ilə danışıqlar mərhələsindən əməkdaşlıq mərhələsinə keçidi; müdafiə və təhlükəsizlik sahəsində dialoqun dərinləşdirilməsini; Avropa İttifaqının daxili bazarı ilə nəqliyyat, enerji, kommunikasiya inteqrasiyası anlamı daşıyan fiziki inteqrasiyanın həyata keçirilməsini özündə ehtiva edir (report.az).