Martın 27-də Moskvanın Tver məhkəməsi müxalifət lideri Aleksey Navalnı barəsində ikinci qərar da çıxarıb. İkinci qərara əsasən Navalnı polisə müqavimətdə təqsirli bilinərək 15 sutka inzibati həbsə məhkum edilib.
***
Martın 26-da Moskvadakı mitinqdə saxlanılan müxalifət lideri Aleksey Navalnı məhkəmə qarşısına çıxarılıb. Moskvanın Tver məhkəməsi onu “qanunsuz aksiyada iştiraka” görə 350 dollar məbləğində cərimə edib.
Martın 26-da Navalnının təşəbbüsü ilə Rusiyanın 100-dək şəhərində baş nazir Medvedevlə bağlı korrupsiyaya faktına görə hökumətə etiraz mitinqləri keçirilib.