Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Xətai rayon Gənclər Təşkilatının fevralın 22-də həbs olunan fəalı Vasif Müzəffərov azadlığa çıxıb.
O, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
Fevralın 23-də gənc fəal haqda Xətai rayon Məhkəməsi polisin qanuni tələbinə tabe olmama ittihamı ilə 30 sutka inzibati həbs qərarı çıxarmışdı.