Demokratik Qüvvələrin Milli Şurası mitinq müzakirəsinə başlayıb. Qurumun Koordinasiya Mərkəzi martın 22-də keçirilən sonuncu toplantısını bə məsələyə həsr edib.
Bu haqda Milli Şuranın sədri, professor Cəmil Həsənli feysbuk səhifəsində məlumat verib. Milli Şuranın sədri gözlənilən mitinqlərlə bağlı şəbəkə istifadəçilərinə sual ünvanlayıb:
“Milli Şuranın Koordinasiya Mərkəzi etiraz aksiyalarının zərurəti haqda ciddi fikir mübadiləsi aparıb və yaxın zamanlarda ümumxalq mitinqlərinin keçirilməsini müzakirə edib. Problemlərin daha da artdığı bir vaxtda mitinqlər keçiriləcəksə, əvvəlki mitinqlərdən də daha çox vətəndaş iştirak etməlidir. Siz necə, problemləri yaradan hökumətə etiraz edəcəksinizmi?”