Almaniyada təqaüdər iyulun 1-dən artırılacaq. Rəsmi mənbələr ölkənin qərb əyalətlərində yaşayanların təqaüdlərinin 1,9%, şərq əyalətlərində yaşayanların isə 3,59% artacağını bildirib.
Köhnə əyalətlərdə yaşayanlarla müqayisədə yeni ştatlarda yaşayan təqaüdçülərin müavinətinin təxminən iki dəfə çox artırılması səbəbsiz deyil. Məqsəd indiyədək qərbi və şərqi Almaniyada verilən təqaüdlər arasındakı fərqi yox etməkdir. Belə ki, indiyədək şərqi Almaniya təqaüdçüləri qərbdəkilərdən xeyli az müavinət alıblar. Buna görə də 2012-ci ildən bəri federal hökumət şərq əyalətlərindəki təqaüdçülərin müavinəti yaxşılaşdırmaq üçün artım tədbirləri görür.
azadliq.info