Ukraynanın Xarkov bölgəsində yerləşən Balakleya qəsəbəsində hərbi susat anbarında böyük bir yanğın başlayıb. Nəzarət altına alına bilməyən yanğın üzündən minlərlə adam şəhərdən çıxarılıb və hazırda bölgədən partlayış səsləri gəlir. Partlayışların zərbəsindən yaxınlardakı evlərin şüşələri qırılıb. Şəhərin boşaldıldığı xəbər verilir. Yüzlərlə maşın şəhərdən çıxmaq üçün uzun növbəyə düzülüb.
azadliq.info