Türkiyənin Hakkari vilayətində hərbçilərlə PKK terrorçuları arasında atışma olub.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, atışmada 1 türk hərbçisi həlak olub, 3 hərbçi yaralanıb.
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyata başlanılıb.