Norveçin FETO təşkilatına bağlı olduğu iddia edilən keçmiş zabitlərə sığınacaq haqqı tanıması rəsmi Ankaranı qəzəbləndirib. Norveç səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, Türkiyənin narazılığı onun diqqətinə çatdırılıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu Norveçin Ankaradakı səfiri Vegard Ellefsenin nazirliyə çağırılaraq, rəsmi etirazın ona bildirildiyini deyib. Müftüoğlu bunu Norveçdəki köhnə hərbi ataşenin və ordakı NATO təhsil mərkəzində vəzifəli 4 zabitin sığınacaq müraciətinin qəbul edilməsi ilə bağlı açıqlamasında bildirib.
Müftüoğlu “bir müttəfiq ölkənin 15 iyul çevriliş cəhdi sonrası yurd xaricindəki vəzifəsindən geri çağırılan şəxslərin Türkiyəyə dönmək yerinə, olduqları ölkələrin siyasi, ictimai və iqtisadi imkanlarını sui-istifadə səylərinə dəstək vermiş olması üzücüdür və qəbul edilə bilməz” deyə vurğulayıb.
azadliq.info