Cəlilabadda 2 nəfərin ölümü, təqribən 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Bu barədə “Report”un Aran bürosuna Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.
Hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı “VAZ-2106”, “Chevrolet” və markası hələ ki, məlum olmayan minik avtomobili toqquşub.
Hələlik ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.