20 fevralda 30 sutkalıq həbsə məhkum edilən, AXCP Masallı rayon şöbəsinin fəalları Fərasət Əhmədov və Elvin Bəhramov bu gün azadlığa çıxıb. Bu haqda AXCP mətbuat xidmətinin məlumatında bildirilir. Cəbhəçilərinin durumunun normal olduğu deyilir.
Hər iki cəbhəçi rəsmən polisə müqavimətdə ittiham olunsalar da, əslində siyasi fəaliyyətlərinə görə, cəzalandırılıblar.
Onların işlərindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcək.