İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayqer futbolçu karyerasını Amerikanın “Çikaqo Fayr” komandasında davam etdirəcək.
Bu barədə “MY”nın saytı yazıb.
Bildirilir ki, alman futbolçu hazırda viza almaq prosedurunu başa çatdırmalı və yeni klubuna yollanmalıdır.
“Klubu tərk etmək və “Mançester Yunayteddə”ki dostlarla vidalaşmaq çox kədərlidir, lakin mən “Çikaqo Fayr”dan gələn təklifi dəyərləndirməyim üçün yaratdığı şəraitə görə klubuma minnətdaram”, – deyə Şvaynştayqer bildirib.