Koreya Xalq Demokratik Respublikasının ölkənin şərq sahillərində yerləşən Vonsan şəhəri ərazisindən yeni raket sınaqdan keçirdiyi ehtimal edilir.
Bu barədə ölkə hökumətindəki mənbələrə istinadən Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Ehtimal olunur ki, sınaq uğursuz alınıb. Raketin tipi və keyfiyyəti barədə məlumat yoxdur.