ABŞ prezidenti Donald Tramp Amerika xalqının ən əhəmiyyətli gözləntilərindən birinin səhiyyə qanununun dəyişməsi olduğunu bildirib. O, bunun gerçəkləşməməsi halında bir çox respublikaçı vəkilin 2018-ci ildəki seçkilərdə kreslosunu itirə biləcəyini söyləyib.
ABŞ Nümayəndələr Məclisini ziyarət edən Tramp respublikaçı vəkillərlə ölkənin hazırda ən əhəmiyyətli gündəm məsələlərindən olan yeni səhiyyə qanunu haqqında bir görüş keçirib. Tramp əvvəlki prezident Barak Obama dövründə çıxarılan və ictimaiyyət arasında “Obamacare” olaraq bilinən səhiyyə islahatı qanununun “çox pis və dəyişməsi lazım gələn bir qanun olduğu” iddiasını bir daha dilə gətirib. O, yeni qanun layihəsinin Nümayəndələr Məclisindən və sonra senatdan keçməsinin vacib olduğunu bildirib: “Yeni səhiyyə qanunu çıxmazsa, bu izdihamları artıq toplaya bilmərik. Bunu etməsəniz, 2018-ci ildə bir çoxunuzun kreslosunu itirəcəyini düşünürəm.”
ABŞ Konqresinin Büdcə ofisi (CBO) respublikaçıların “Obamacare”nin yerinə yetirmək istədiyi sağlamlıq sığortası sisteminin 2026-ci ildən başlayaraq 24 milyon amerikalının sığortasını itirməsinə yol aça biləcəyini açıqlamışdı.
azadliq.info