AXCP rəhbərliyi Novruz bayramı münasibətilə siyasi məhbuslardan bir neçəsinin ailəsini ziyarət edib. Bunlar AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Seymur Həzinin, AXCP Rəyasət Heyətinin üzvləri Asif Yusifli və Məmməd İbrahimin, AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin, AXCP Xətai şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədlinin, NİDA-çı İlkin Rüstəmzadənin, AXCP Ali Məclis üzvü, jurnalist Elçin İsmayıllının (İsmayıllı rayonu), AXCP fəalları Murad Adilovun (Sabirabad) və Elnur Fərəcovun (Neftçala) ailələridir.
Bakıda yaşayan siyasi məhbus ailələrini ziyarətdə AXCP sədri Əli Kərimli özü də iştirak edib. Rayonlarda yaşayan ailələrə isə partiya rəhbərliyindən nümayəndələr baş çəkib.