ABŞ-ın Xarici İşlər naziri Rex Tillersonun önümüzdəki ay reallaşacaq NATO konfransının keçiriləcəyi tarixlərdə Moskvaya səfər edəcəyi açıqlandı. ABŞ səlahiyyətlilərinin açıqlamasına görə Brüsseldə reallaşacaq NATO konfransında ABŞ-ı Xarici İşlər Nazirliyinin yüksək səviyyəli şəxslərindən Tom Şannon təmsil edəcək.
Bu addımın ABŞ prezidenti Donald Trampın NATO-ya bağlılığının daha suallar yaradacağı da deyilir. ABŞ rəsmiləri Tillersonun İŞİD-la mübarizə mövzusunda reallaşacaq bir konfransda NATO nümayəndələri ilə görüşəcəyini açıqladı. Donald Tramp seçki kampaniyası boyunca Rusiya prezidenti Vladimir Putini təqdir edən açıqlamalarında NATO-nu da “köhnə” birlik adlandırırdı. Tillersonun da “Exxon Mobil” şirkətinin idarə heyətinə başçılıq etdiyi dövrdən bəri Rusiya ilə yaxın əlaqələri var. Tillerson Krımı ilhaq edən Rusiyaya dair sanksiyaları da sorğulamışdı.
azadliq.info