Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ “Anadolu Agentliyi”nin sualları cavablayarkən nazirlərin Avropa ölkələrindəki proqramlarının ləğv edilməsi məsələsinə yenidən toxunub: “Siyasi sabitliyi olan bir Türkiyə istəmirlər.
Güclü iqtidarların tərəfindən idarə olunan bir Türkiyə heç istəmirlər. İqtisadiyyatı hər keçən gün güclənən bir Türkiyə istəmirlər… İkibaşlı, ikili standartlı və çox dəqiq desək, ikiüzlü tutuma baxmayaraq, Türkiyə bu günə qədər AB üzvlük müddətindən imtina etmədi, inadla da imtina etmədi.
Baxsanız, Türkiyədə bu mənada heç bir dəyişiklik yoxdur. Biz bu anda demokratikləşmə addımlarımızı, hüquq dövləti standartını daha irəli aparacaq addımları atırıq. Mənə görə dəyişən biz deyilik, AB üzvü ölkələr və bu ölkələrdəki rəhbər kadrların hadisəyə baxışı dəyişdi… Hollandiya hökuməti polislərə təlimat verir. Türkiyənin naziri gəlir, polislər nazirin yolunu kəsir.
Yol kəsmək quldurluqdur. Qanuni bir dövlət bunu etməz. Hələ bir də qanuni dövlətin bir nazirinə qarşı bunu etməz. Vyana Konvensiyası, insan hüquqlarına dair müqavilələr, Hollandiya konstitusiyası hamısı ayaqlar altında.. Bu gedişə “dayan” deyilməzsə, Avropa Merkelin də, Ruttenin də, başqa Avropa Birliyi üzvü olan ölkələrin rəhbərlərinin də öz ölkələrində danışacaq yer tapa bilməyəcəkləri bir nöqtəyə doğru gedər.
O zaman Türkiyə olaraq Merkelə də, Rutteyə də Türkiyədə çıxış etmək hüququ, toplaşma haqqı tanıyacağımızı buradan ifadə etmək istəyirəm. Gəlsinlər, Türkiyədə istədikləri yerdə danışsınlar. Biz onların hər cür təhlükəsizlik tədbirini alır və onlara yardımçı olarıq . Çünki Türkiyədə irqçilik, ayrı-seçkilik xəstəliyi yoxdur. ”
azadliq.info