Şimali Koreya Pyongyang rəhbərliyi ABŞ xarici işlər naziri Tillersonun Şimali Koreyanın nüvə proqramına qarşı daha sərt sanksiyalar tətbiq olunması və ola biləcək hərbi müdaxilə açıqlamasının onları qorxutmadığını bildirib.
Bununla bağlı Şimali Koreya Xəbər Agentliyinin (KCNA) adını açıqlamadığı Xarici İşlər Nazirliyi sözçüsü deyib ki, “Şimali Koreyanın nüvə gücü çox qiymətli bir ədalət qılıncıdır və sosialist ana vətənimiz ilə xalqımızın canının qorunması üçün ən etibarlı döyüş qalxanıdır.”
ABŞ-ın Şimali Koreyanın nüvə gücünü qəbul etməsini vacib saydığına işarə edən sözçü “əgər iş adamına dönmüş ABŞ rəsmiləri Şimali Koreyanı qorxudacaqlarını sanırlarsa, bilməlidirlər ki, bu üsulları işə yaramır” deyə vurğulayıb.
Asiya səfəri çərçivəsində Yaponiyanın ardından cümə günü Cənubi Koreyaya səfər edən Tillerson Cənubi və Şimali Koreya sərhədindəki neytral bölgəyə ziyarətində Şimali Koreyanın nüvə fəaliyyətlərinə davam etməsi halında ölkəyə hərbi müdaxilə edilməsi variantının masada olduğunu aşıqlamışdı. Tillerson Şimali Koreyaya qarşı “strateji səbrin” tükəndiyini söyləmişdi.
azadliq.info