Məşhur ingilis fiziki, professor Stephen Hawking iş adamı Richard Bransonun kosmik gəmisi ilə səyahət edəcəyini açıqlayıb.
İngiltərədə bir televiziya proqramında danışan məşhur elm adamı Hawking kosmosa səyahət edəcəyini heç vaxt xəyal edə bilmədiyini söyləyib. O, “Branson nə zaman ki, mənə “Virgin Galacti”’də bir kreslo təklif etdi, dərhal “bəli” dedim” deyə bildirib.
Richard Bransonun sahibi olduğu Virciniya hava yolları “Virgin Galactic” adında bir kosmos gəmisi inşa edir. Şirkət kosmosa sərnişin daşıyacaq. Hawking reportajda üç uşağının ona böyük sevinc verdiyi kimi, kosmosa səfərinin də ona xoşbəxtlik gətirəcəyini söyləyib.
azadliq.info