İngiltərədə Mühafizəkar Partiyanın millət vəkili, keçmiş maliyyə naziri Corc Osborneun “Evening Standard” qəzetinin nəşr direktorluğuna gətirilməsi mübahisəyə səbəb olub. Bu təyinata qarşı çıxanlar Osborneun yeni vəzifəsini həm bir parlament üzvü kimi, həm də mətbuat azadlığı kontekstində tənqid edir.
Onu müdafiə edənlərə görə millət vəkillərinin fərqli işlərlə məşğul olmasının qarşısında bir maneə yoxdur. Osborne də qəzetlərdəki vəzifəsini yerinə yetirəcək imkana sahibdir, ayrıca bu durum mətbuat azadlığına da əngəl deyil. Amma İşçi Partiyasının lideri Jeremy Corby onun yeni işini bir “zarafat” olaraq qiymətləndirib və “bu vəzifə medianın müstəqilliyinin aşağılanmasıdır” deyib. O, bunun “çox vəzifəliliyi yeni bir ölçüyə daşıyaraq, xidmət edilməsi tələb olunan seçicilərin təhqir edilməsi mənasını gəldiyini” bildirib. Corby Osborneun seçki bölgəsində dərhal ara seçkilərin keçirilməsini tələb edib.
İngilis parlamentindəki Lordlar Kamerasında iştirak edən Standartlar Komissiyasının keçmiş üzvü Qordon Dovney “Times” qəzetinə verdiyi açıqlamada Osborneun hökumətə dair çox gizli məlumatlara malik olması, gündəlik bir qəzeti idarə etməsi və ictimaiyyətə təsir etməsinin doğru olmayacağını ifadə edib. Dovney “parlamenti dördüncü hakimiyyətlə birləşdirmək, məncə, çox irəli getmiş bir addımdır” deyib.
İngiltərədə, keçən il ölkənin Avropa Birliyindən ayrılma qərarının çıxdığı Brexit referendumu sonrası baş nazir olan Theresa May tərəfindən Osborne ilə birlikdə vəzifədən alınan Morgan bunları söylədi:
Keçmiş baş nazir Toni Bleyer də Osborneyə dəstək verib: “Bu işlərin olub-olmayacağını bilmirəm. Ancaq bunun “Evening Standard” üçün möhtəşəm bir şey olduğunu düşünürəm. Niyə də olmasın? O çox imkanlı biridir və bu, siyasəti daha maraqlı edə bilər.”
Osborne son olaraq böyük qazancı ilə də İngiltərədə gündəmə gəlmişdi. O, bir maliyyə şirkətində həftədə bir gün çalışacağı iş üçün illik 650 min sterlinq (təxminən 800 min dollar) və 6 ayda etdiyi 15 çıxışdan 800 min sterlinq (təxminən 1 milyon dollar) qazanacaq. Osborne millət vəkili maaşı almağa da davam edir. Onun “Evening Standard” qəzetindən alacağı maaş isə açıqlanmadı. Professional jurnalistika keçmişi olmayan 45 yaşındakı Osbornenin həftədə dörd saat çalışacağı açıqlandı. Gündəlik olaraq pulsuz paylanan bu qəzet milyarder rus iş adamı Yevgeni Lebedevindir
azadliq.info