Dünya Bankı Təşkilatları Qrupu (DB) Böyük Səhranın cənubunda yerləşən Afrika dövlətlərinə növbəti üç il ərzində 57 milyard dollar vəsait ayıracaq.
Bu barədə mənzil-qərargahı Vaşinqtonda yerləşən DB-nin mətbuat xidməti məlumat yayıb.
Söhbət Böyük Səhranın cənubunda yerləşən Afrika ölkələrinin rekord həcmdə maliyyələşdirilməsindən gedir. Bu barədə qərar Almaniyanın Baden-Baden şəhərində, DB prezidenti Cim Yen Kimin də iştirak etdiyi “G-20″nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin müşavirəsində qəbul olunub.