Aparılan son anket sorğularına görə prezident seçkisini qazanma şansını gedərək artıran Emmanuel Makron seçimi qazanması halında məcburi əsgərliyi geri gətirəcəyini açıqlayıb.
Fransada prezident seçkisinin güclü namizədlərindən Emmanuel Macron müdafiə sahəsində yürüdəcəyi siyasətlərlə bağlı açıqlamalar verdi. Seçimi qazanması halında bir aylıq davamlı məcburi əsgərliyib tətbiq olunacağını deyən Makron “fransız gənclər əsgərliyə gedib, digər yurddaşlarıyla tanış olmalı, bir ay müddətində sosial uyğunlaşma təcrübəsini qazanmalıdır”deyib.
Seçkilərə heç bir partiyanın dəstəyini almadan müstəqil girərək, sağ və sol seçicinin oylarını hədəfləyən Makron gətirmək istədiyi əsgərlik xidmətinin qadınlara da şamil olunacağını bildirib. O, Fransada 18 yaşına çatan hər gəncin üç il məcburi əsgərlik çəkməsini istədiyini vurğulayıb.
Fransa 1997-ci ildə məcburi əsgərlik xidmətinə son verərək, professional orduya keçmişdi.
azadliq.info