Liviyada daha çox söz sahibi olmaq istəyən Rusiyanın Misirə gizlicə xüsusi hərbi qüvvələr yerləşdirdiyi idiası irəli sürüldü.
“Reuters”in xəbərinə görə rus əsgərləri Misirin Liviya sərhədi yaxınlığındakı bir hərbi bazaya yerləşdirildi. Agentlik bu məlumatı həm ABŞ-lı və Misirli qaynaqların, həm də qərb diplomatların fikirləri əsasında təsdiqləyib.
Rus xüsusi hərbi qüvvələrinin və insansız hava vasitələrinin yerləşdirildiyi baza, Misir-Liviya sərhədinə təxminən 100 kilometr uzaqlıqdakı Sidi Barrani qəsəbəsindədir. Misir ordusuunun sözçüsü Tamer El Rifai Misir torpaqlarında hər hansı bir xarici əsgər olmadığını söyləyərək bu xəbəri təkzib edib. Ancaq “Reuters”ə danışan Misir təhlükəsizlik qaynaqları 22 nəfərdən ibarət olan bir Rus xüsusi əməliyyat birliyinin orda olduğunu təsdiqləyib.
Mütəxəssislər Rusiyanın neftlə zəngini Liviyaya dair bu planının Vaşinqtonda narahatlıqları artırdığını bildirir. ABŞ-lı bir kəşfiyyat səlahiyyətlisinə görə, Rusiyanın Liviyadakı məqsədi “Sovetlər Birliyinin Qəddafi dövründəki nüfuzunu yenidən təmin etməkdir”. Qərbli bir diplomat isə Rusiyanın əsl məqsədinin ordakı neft yataqları olduğunu deyib. Adının açıqlanmaması şərti ilə danışan diplomat “Aydındır ki, Misirlilər Rusiyanın Liviyada təsirini asanlaşdırmaq üçün bazalarından istifadə olunmasına icazə verir. İddialara görə Misirdə təhsil təlimləri da təşkil edilir” söyləyib.
azadliq.info