Tovuz rayonunda baş vermiş yol qəzasında xəsarət alanların sayı 9-a çatıb.
Xəsarət alan şəxslər Tovuz rayon Bayramlı kənd sakini, 1963-cü il təvəllüdlü Zahid Haçıyev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Qasımov, Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Gündüz Məhərrəmov, Bayramlı kənd sakini, 1984-cü il təvəllüdlü Samir Paşayev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Azadə Cəfərova, Tovuz rayon sakini, 1956-cı il təvəllüdlü Afət Axundova və onun baçısı Mətanət Axundovadır. Digər iki yaralının vəziyyəti yüngül olub.
Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin körpü üzərində ötmə əməliyyatı aparması olub.
***09:42
Səhər saatlarında Tovuz rayonunda yol qəzası baş verib.
Hadisə rayonun Heydər Əliyev prospektində, Tovuzçay üzərindəki körpüdə qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkət edən “VAZ-21011” markalı avtomobil “VAZ-21011” markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və 4 sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Tovuz Rayon Mərkəzi Xəstəxanasında “Report”un Qərb bürosuna verilən məlumata görə, yaralıların ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır. Onlardan biri qadındır.
Hazırda Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır, yaralıların kimliyi və qəzanın dəqiq səbəbləri araşdırılır.