“Əfv məsələləri komissiyası bir daha qərəzli mövqeyini nümayiş etdirdi”. Bu sözlər həbsdə olan 1-ci qrup əlil Rauf Sultanova məxsusdur. O yaxınları vasitəsilə KİV-ə ünvanladığı müraciətdə bildirir ki, əfv olunması üçün bütün kriteriyalara cavab versə də, adı siyahıdan çıxarılıb: “İttihamın az ağır cinayətlər kateqoriyasına aid olması, mənə qarşı şikayət və tələbin olmaması, ailədə vaildeyinlərimin əlil olması, müsbət xarakterizə olmağım kifayət qədər əsas verirdi ki, əfv edilim. Bir faktı nəzərinizə çatdırım ki,əfv siyahısı təqdim edilməmişdən əvvəl mənim adım o siyahıdan çıxarılıb. Ailə üzvlərimin əfv müraciəti ümumiyyətlə müzakirə olunmayıb. Əminliklə deyirəm ki, müraciətimiz təqdim edilsəydi, mən əfv olunacaqdım. Yalnız onu deyə bilərəm ki, Allahdan qorxsunlar və bu əməllərinə görə cavab verəcəklər. Mən özümü doğma vətənimdə əsir kimi hiss edirəm. Bu qədər ədalətsizlik və saxtakarlıq olmaz”.