Kəngərli Rayon Məhkəməsinin qərarı ilə AXCP Babək rayon şöbəsinin fəalı Zeynal Bağırzadə həbsdən azad edilib. Bu barədə “azadlıq.info”ya məlumatı AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy verib.
Onun sözlərinə görə, məhkəmə Z.Bağırzadənin səhhətinin ağır olduğunu nəzərə alaraq vaxtından əvvəl azad edilməsi barədə qərar verib.
Hazırda Z.Bağırzadə Böyükduz həbsxanasından çıxıb.