Azad İsazadə: “Təəssüf ki, bizdə intiharların araşdırılmasıyla məşğul olan heç bir qurum yoxdur”
2017-ci ilin yeni başlamasına baxmayaraq, intiharlar xəbəri gündəmdən çıxmır. İnsanın özünəqəsd hadisəsi dinimizə görə günahdır. Fəqət hadisələrin sayı azalmağa deyil, əksinə gedir. Statistikaya nəzər salsaq, ötən il Azərbaycanda 797 intihar hadisəsi yaşanıb.Tamamlanmamış suisidlərin (intihara cəhd) sayı 470 nəfər təşkil edib. Ümumilikdə isə 797 intihar hadisəsi baş verib. Rəsmi məlumata görə, Azərbaycanda hər 100 min nəfərdən 5 nəfərdə bu hal qeydə alınır. Deyilənə görə, 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edilib. 2015-ci ildə 515 intihar faktı olub. Bu il isə intiharların statistikasında sıravi insanlarla bərabər, tanınmış şəxslər də olub.
Psixoloq Azad İsazadə baş verən intiharların sonsuz sayda səbəbləri olduğunu söyləyir. O, real vəziyyəti öyrənmək üçün statistikanın tam olmadığını da deyir:
“Ona görə də intiharların səbəblərini aydın şəkildə bilmirik. Təəssüf doğuran hal odur ki, bizdə intiharların araşdırılmasıyla məşğul olan heç bir qurum yoxdur. Alimlər, sosioloqlar, hüquqşünaslar, psixoloq və psixiatrların müzakirə edəsi, araşdırması vacib olan məsələlər var. Lakin belə bir qurum yoxdur və biz yalnız mətbuatdan məlumatlar alırıq. Belə olan vəziyyətdə isə tam və konkret nəticə çıxarmaq mümkün deyil”.
A.İsazadə depressiya, apatiya və s. halların sonunda intihara apardığını deyir. Ekspert vaxtında profilaktik tədbirlərin, intiharların qarşısının alınması üçün təbliğatın aparılmasını vacib sayır.
Nigar